8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olundu

   8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bütün dünyada qeyd edilən bu gün, xanımların ən sevimli və sevincli günlərindən biridir. Mahiyyət etibarı ilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb.
   Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, o, ictimai-siyasi, iqtisadi, mədəni həyatın fəal iştirakçısına çevrilir. 
   Bu əlamətdar gün münasibəti ilə bu gün məktəbimizdə bayram tədbiri təşkil olunmuşdur. Tədbiri giriş sözü açan məktəbin direktoru Təhmasib Məmiyev 230 nömrəli məktəbin qadın kollektivini və ümumilikdə Azərbaycan qadınını bu əlamətdar gün münasibəti ilə təbrik etdi. Onlara xoşbəxtlik və ailə səadəti arzuladı. Müəllim peşəsi kimi çətin və şərəfli peşəyə sahib olan qadın həmkarlara bu işdə səbr və uğur arzuladı.
   Daha sonra məktəbin ictimai həyatında fəallıq göstərən təcrübəli müəllimlər və texniki işçilər diplom və təşəkkürnamələrlə mükafatlandırıldı.
   Sonda ibtidai sinif şagirdləri hazırladıqları maraqlı kompozisiya ilə bütün qadınları təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi