Altıncı sinifdə Azərbaycan dili fənnindən "Açıq dərs" keçirilmişdir

   Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimi Xeyrulla Haqverdiyev 6b sinifində Azərbaycan dili fənnindən "Ustadın məsləhəti" mövzusunda "Açıq dərs" keçmişdir. Kurikulumun tələblərinə uyğun olaraq təşkil olunmuş dərsdə sinif "Tahir Salahov", "Səttar Bəhlulzadə", "Əzim Əzimzadə", "Fərhad Xəlilov", "Ömər Eldarov" qruplarına bölünmüşdür.
   Dərsin "Motivasiya" hissəsində şagirdlərdən birinə yoldaşlarından birinin portretini çəkmək tapşırıldı. Digər şagirdlər portret haqqında tənqidi fikirlərini söylədilər. Sonra mövzu ziq-zaq üsulu ilə oxundu və tədqiqat sualları cavablandırıldı. Mətndə aydın olmayan sözlər lüğət köməkiliyi ilə aydınlaşdırıldı. Daha sonra qruplara mövzuyla bağlı rəsm çəkmək tapşırıldı və qrup rəhbərləri bir-birinin əl işləri barəsində tənqidi fikirlərini səsləndirdilər. 
   Dərsin nəticə hissəsində tənqid barəsində müdriklərin dediyi fikirlər şagirdlərin dilindən səsləndi və şagirdlərə bu müdrik sözlərdən həyatda faydalanmağın vacibliyindən bəhs olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi