Birinci sinifdə "Tap görüm" mövzusunda "Açıq dərs" keçirildi

   Bu gün ibtidai sinif müəllimimiz Sevinc Səfərova 1ç sinfində Ana dili fənnindən "Tap görüm" mövzusunda açıq dərs keçdi. Müəllim dərsi müasir təlim metodlarına uyğun şəkildə təşkil etmişdi. Sinif "Günəş", "Su", "Torpaq" qruplarına bölünmüşdü. Dərsdə şagirdlərin fəallığı və əməkdaşlığı tam təmin olundu. 
   Dərsdə Həyat bilgisi fənninə inteqrasiya olunaraq şagirdlərin dünyagörüşü formalaşdırıldı. Şagirdlərin dilindən müxtəlif tapmacalar səsləndi. Həmçinin tapmacaların insan zehni qabiliyyətinin inkişaf etdirilməsində müstəsna rola malik olduğu fikri vurğulandı. 
   Dərsdə vaxt çox düzgün bölünmüş, vaxtdan səmərəli istifadə edilmişdir. Qiymətləndirmə düzgün, demokratik və ədalətli aparıldı. Dərsi dinləyən məktəb rəhbərliyi və müəllimlər dərsi yüksək qiymətləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi