Beynəlxalq Ana Dili Günü qeyd edildi

   21 fevral Beynəlxalq Ana Dili Günü bütün dünyada qeyd edilir. Bu gün UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün təşkil edilir. 
   Ölkəmizdə də hər il olduğu kimi bu gün Beynəlxalq Ana dili günü kimi qeyd edilir. Bu səbəbdən məktəbimizin akt zalında Azərbaycan dili müəllimi Gülnar Rəhimlinin təşkilatçılığı ilə " Günəşimdir mənim dilim" adlı tədbir təşkil edildi. Tədbirdə ana dilinə həsr edilmiş şeirlər, video çarxlarla yanaşı dilimizin qrammatikasına əsaslanan yarış təşkil edildi. Yarışda 6 komanda mübarizə aparırdı. Onların arasında "Börü" komandası yarışı qalib kimi başa vurdu. Qaliblər diplomlarla təltif olundu.
   Sonda çıxış edən məktəbimizin direktoru bildirmişdir ki, 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni ehtiyaclarının ödənilməsi istiqamətində əvəzsiz bir addım olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi