Beşinci siniflər arasında "Breyn rinq" yarışı keçirildi

   Fəaliyyət planına uyğun olaraq məktəbimizdə 2-ci yarımildə də "Breyn rinq" yarışları keçirilir. Məktəbimizin UBTR-i  Günül Kərimovanın təşkilatçılığı ilə bu gün 5-ci siniflər yarışda iştirak edərək bilik və bacarıqlarını nümayiş etdirdilər. Onlar  Azərbaycan dili, riyaziyyat, tarix, məntiq fənlərindən biliklərini sınadılar.

   5-cilər "Qafqaz", "Zəka", "Qarabağ", "Muğan" olmaqla 4 qrupa ayrılmışdılar. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda 5ç sinfi qalib oldu. 

   Yarışmanı keçirməkdə məqsəd şagirdlər arasında rəqabət hissi aşılamaq, istedadlı şagirdləri aşkar etmək, onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi