I yarımilin yekunlarına həsr olunmuş I-IV sinif valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirilmişdir

     20.02.2018-ci il tarixində I yarımilin yekunlarına həsr olunmuş I-IV sinif valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirilmişdir. İclasda məktəbin pedaqoji kollektivi və valideynlər iştirak etmişdir. 
     İclası məktəbin direktoru Təhmasib Məmiyev giriş sözü ilə açaraq məktəbin uğurlarından danışdı və tədris ilində qarşıya çıxan problemləri valideynlərin diqqətinə çatdırdı. Məktəb rəhbərliyi xüsusi olaraq şagirdlərin dərsə davamiyyəti və ibtidai siniflərdə I yarımilin nəticələri haqqında valideynləri məlumatlandırdı. 
     Məktəb direktoru şagirdin təhsildə uğurlu nəticə qazanması üçün məktəb-valideyn əlaqələrinin nə qədər böyük əhəmiyyətə malik olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. 
     Daha sonra tədris ilində məktəbin ictimai həyatında fəallıq göstərən valideynlər məktəb rəhbərliyinin təşəkkürnamələri ilə mükafatlandırıldı.
     Sonda məktəb rəhbərliyi valideynləri maraqlandıran sualları cavablandırdı, onların irad və təkliflərinə münasibət bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi