Şagirdlərdə tibbi biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbiri keçirildi

   Məktəbin fəaliyyət planına uyğun olaraq şagirdlərdə tibbi biliklərinin artırılması və psixoloji durumlarının yaxşılaşdırılması məqsədilə tibbi maarifləndirmə işinin aparılamsı məqsədilə bu gün 31 saylı BŞX-nın həkimləri məktəbin akt zalında bir qrup şagirdlərlə görüş keçirdi. 
   Görüşün əsas mövzuları məktəbdə müəllim-şagird-valideynlər arasında sağlam həyat tәrzi, fiziki aktivlik, hipodinamiyanın qarşısının alınması, depresiya hallarının qarşısının alınması, sağlam qidalanmanın təbliği, ağız boşluğunun gigiyenası, ümumi gigiyenanın tәmin edilməsi üçün bilik vә bacarıqların aşılanması, zәrәrli vərdişlərin profilaktikası idi. 
   Həkimlərin mövzularla bağlı ətraflı söhbətindən sonra şagirdlər onları maraqlandıran suallarla həkimlərə müraciət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi