"Narkomaniyaya yox deyək" adlı maarifləndirmə tədbiri keçirildi

   Əsrin bəlası olan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Son illər isə narkotik istifadəçilərinin sayı durmadan artır. Respublikamızda bununla bağlı görülən tədbirlərə baxmayaraq, problemin qarşısını almaq hələ də mümkün olmayıb. Bu mənada dövlətimiz müxtəlif tədbirlər görərək bu bəlanın qarşısını almağa çalışır.
   Müxtəlif hökümət təşkilatları cəmiyyət arasında maarifləndirmə tədbirləri həyata keçirir. 
   Bu qəbildən bu gün Xəzər Rayon Gənclər və İdman İdarəsinin və Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək" adlı maarifləndirmə tədbiri keçirildi. Tədbirdə məktəbimizin rəhbərliyi ilə bərabər Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər RPİ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki iş bölməsinin inspektoru-polis leytenantı Xəyalə Həsənova, 31 saylı BŞX-nın sahə terapevti Mirqulam Rəhimov iştirak edirdilər.
   Tədbirin əvvəlində məktəbimizin şagirdləri hazırladıqları səhnəcikləri nümayiş etdirdilər, sonra narkomaniyanın insan həyatına gətirdiyi bəlalardan bəhs edən videoroliklər nümayiş olundu. 
   Daha sonra söz qonaqlara verildi. Onlar da öz çıxışlarında şagirdləri bu bəladan uzaq durmağa və yaxınları arasında maarifləndirmə tədbirləri həyata keçirməyə səslədilər. Sonda şagirdlər mövzuya uyğun suallarla qonaqlara müraciət etdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi