AMEA Dendralogiya İnstitutunun əməkdaşları ilə görüş keçirildi

   AMEA-nın və ümumtəhsil məktəblərinin birgə əməkdaşlığı müasir dövrün aktual məsələlərindən biridir. Məhz belə bir əməkdaşlığın sayəsində şagirdlərdə elmi-tədqiqat işlərinə maraq artır, onların gələcək həyat yollarının müəyyənləşməsində mühüm amilə çevrilir.
   Belə ki, AMEA Dendralogiya İnstitutunun "Tibbi botanika və Fitoterapiya" laboratoriyasının əməkdaşları ilə 230 nömrəli tam orta məktəbin Xa sinif şagirdlərinin görüşü keçirilmişdir. Bu görüşdə şagird tədqiqatçılığının inkişaf etdirilməsi, laboratoriyanın iş prinsipləri, efir yağlı bitkilərdən Ginzberq üsulu ilə efir yağının alınması, bu efir yağının təbabətdə tətbiqi, onun müalicəvi xassələri haqqında ətraflı məlumatlar verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi