"Yol nişanları" mövzusunda sinif təşkilat saatı keçirilmişdir

   25.01.2018-ci il tarixində məktəbimizin ibtidai sinif müəllimi Nurlana Süleymanova 4C sinfində "Yol nişanları" mövzusunda sinif təşkilat saatı keçmişdir. Dərsdə şagirdlər yol hərəkəti qaydaları, ayrı-ayrı yol nişanları haqqında geniş məlumat alaraq onlara necə əməl etməli olduqlarını öyrəndilər. Eyni zamanda müəllim şagirdlərə bu nişanlara əməl etməli olduqlarının vacibliyindən bəhs etmişdir.

   Müəllim nəqliyyatda bu nişanların önəmindən danışaraq, əksər yol qəzalarının bu nişanları bilməməkdən irəli gəldiyini şagirdlərin diqqətinə çatdırmışdır. Sonda şagirdlər öyrəndikləri yol nişanlarını göstərərək biliklərini nümayiş etdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi