20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olmuş “Milli qəhrəmanlarımız and yerimizdir” mövzusunda tədbir keçirilmişdir

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20 Yanvar faciəsinin 28-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar “Milli qəhrəmanlarımız and yerimizdir” mövzusunda tədbirlərin keçirilməsi haqqında əmrinə əsasən məktəbimizin akt zalında tədbir təşkil olunmuşdur. Dövlət himni səsləndikdən sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra həmin tarixi günü özündə əks etdirən videorolik nümayiş etdilmişdir. Daha sonra şagirdlər şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirdilər, çıxışlar etdilər. Tədbirdə şəhidimiz Fuad Fərhadoğlunun anası Dilarə xanım və yaxın qohumları iştirak edirdi. 
  Sonda çıxış edən məktəbin direktoru Təhmasib Məmiyev çıxışında bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Respublikamızın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. 
  Daha sonra məktəb rəhbərliyi və bir qrup şagirdlər şəhidimizin yaxınları ilə bərabər Fuad Fərhadoğlunun məzarını ziyarət emişlər və məzarı üzərinə tər qərənfillər düzmüşlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi