"Xalq Heydər deyəcək" adlı ədəbi-bədii kompozisiya təşkil olunmuşdur

   Məktəbin Fəaliyyət planının 1.3.13-cü bəndinə müvafiq olaraq Ulu Öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi və anım günü ərəfəsində məktəbimizdə silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərin yekunu olaraq bu gün məktəbin akt zalında məktəbimizin tarix müəllimi Elzamin Həsənovun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Xalq Heydər deyəcək" adlı ədəbi-bədii kompozisiya təşkil olunmuşdur. Tədbir Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

   Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Təhmasib Məmiyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərindən bəhs etdi. O qeyd etdi ki, Heydər Əliyev bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.

   Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu. Ardınca çıxış edən şagirdlərimiz Ulu Öndərə həsr olunmuş şeir və musiqilər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi