Milli Qəhrəman Yuri Kovalyovun anım günü qeyd edildi

Məktəbimizin fəxrlə adını daşıdığı Milli Qəhrəman Yuri Kovalyovun anım günü qeyd edildi. 1991-ci il 3 oktyabr erməni snayperçisi tərəfindən qətlə yetirilən qəhrəman Yurinin həyatından danışıldı, ona həsr edilən şeirlər söylənildi. Yuri Kovalyovun qızları, nəvələri, qardaşı çıxış edərək şagirdlərə Yuri kimi vətəni odlu məhəbbətlə sevməyi tövsiyə etdilər. Döyüş yoldaşı Rövşən Qasımov Yurinin qəhrəmanlığından danışdı. Məktəbin direktoru Fəridə Bağırova hər bir şagirdə vətəni Yuri kimi sevməyi, qəhrəman olmağı, təhsildə daim irəliləməyi arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi