"Son zəng" tədbiri keçirildi

İnsan həyatında yadda qalan günlərdən biri də “Son zəng” günüdür. Hər bir insanın həyatında məktəb illəri böyük rol oynayır. “Son zəng” müstəqil həyatın başlanğıcı deməkdir.

Hər il olduğu kimi bu ildə məktəbimizdə “Son zəng” qeyd edildi. Məktəbimizin həyətində bir canlanma, şagirdlərin üzlərində isə sevinc hiss olunurdu. Onbirincilər bu günə böyük həvəslə hazırlaşmışdılar. Məktəbin həyəti şarlarla bəzədilmişdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Tədbirdə iştirak edən Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar tədbirlər üzrə şöbə müdiri Atif Əzizov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Nizami Rayon İcra Hakimiyyətinin müavinləri, Qarabağ Müharibəsi Veteranı şurasının sədri Rəcəb müəllim, Azərbaycan Respublikasının əməkdar artisti Baloğlan Əşrəfov, məktəbimizin direktoru Bağırova Fəridə xanım, müəllimlər və valideynlər məzunları bu gün münasibətilə təbrik edib, onlara gələcək günlərdə uğurlar arzuladılar.

Şagirdlər hazırladıqları bir-birindən gözəl, məzəli mahnıları və rəqs nömrələrini ifa etdilər. Sonda onbirincilər birincilərə bilk açarını təqdim etdilər və “Son zəng” çalındı. Tədbir başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi