"Sağlam təhsil-sağlam millət" layihəsi əsasında buraxılış tədbiri keçirildi
4 «C» sinfinin «Sağlam təhsil-sağlam millət» layihəsi əsasında buraxılış tədbiri keçirildi. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, layihə əməkdaşları, məktəbin direktoru, ibtidai siniflər üzrə direktor müavini, müəllimlər və valideynlər iştirak edirdi.
“Sağlam təhsil layihəsinin ənənəvi dərs sistemindən fərqli və üstün cəhətləri qabarıq şəkildə nümayiş etdirildi. Oturaq həyat tərzinin insan səhhətinə vurduğu ciddi ziyandan söhbət açıldı. Şagirdlər məktəbə, müəllimə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxudular. Eyni zamanda sağlam qidalardan tez bir zamanda salatların hazırlanması texnologiyası, eləcə də idman yarışları nümayiş etdirildi. Vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər, mahnılar səsləndi. Kompozisiya təqdim olundu.