Beynəlxalq Ana Dili Günü qeyd edildi

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana dili Günü kimi qeyd olunur. Ana dili müəllimi Qətibə Hacıyevanın hazırladığı tədbir bu günə həsr olunmuşdu. Şagirdlərin gözəl, bəlağətli, maraqlı faktlarla dolu nitqi Azərbaycan dilinin zənginliyini bir daha sübut etdi. Aparıcılar bildirdilər ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Tədbirdə şagirdlər ana dilinə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Əsasən 6 “Ç” sinif şagirdləri ilə qurulan tədbirdə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən bir parça da səhnələşdirilmişdi. Tədbirin sonunda məktəbin direktoru Fəridə Bağırova Ana dilini öyrənməyin vacibliyindən danışıb tədbirə görə müəllim, şagird və valideynlərə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi