Bilik günü

   16 sentyabr 2019 - cu il tarixdə yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq məktəbin həyətində "Bilik günü" tədbiri keçirildi. Tədbirdə məktəbin şagirdləri, müəllimlər və valideynlər iştirak etdilər. Tədbir Dövlət himninin səslənməsilə başlandı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Hüseynova bilik günü münasibətilə şagirdləri və məktəbin kollektivini təbrik etdi, yeni tədris ilində hamıya uğurlar arzu etdi.

  Tədbirin davamında şagirdlərin ifasında şeirlər, musiqilər səsləndi. Məktəbə ilk qədəmlərini qoyan birincilərin ifasında səslənən şeirlər tədbiri daha da maraqlı etdi.  Tədbirin sonunda məktəbin onbirincilərinin və balaca fidanların təqdimatında ilk zəng çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi