Atletika yarışı

  Azərbycan Atletika Federasiyası ilə Nizami Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 14 noyabr tarixində rayon məktəbliləri arasında atletika yarışı təşkil olundu. Yarışda bizim məktəbin şagirdləri də iştirak edirdilər. Şagirdləri yarışa hazırlayan idman müəllimi Zahid Əliquliyev onları yarış boyu tək qoymadı və qələbəyə həvəsləndirdi. Şagirdlərin müəllimdən aldıqları mənəvi dəstək onların əzmlə iştirak edərək, qələbə qazanmaqlarına səbəb oldu. Belə ki, 60 metr qaçışda 7a sinif şagirdləri: Hüseynova Rəhimə 1, Əliyev Əkbər 2-ci yerə, 150 metr qaçışda 7c sinif şagirdi Məmmədov Əflatun 2-ci yerə, 300 metr qaçışda 7c sinif şagirdləri: Xəmmədli Məhəmməd 1, Cəfərova Aysel 2-ci yerə layiq görüldülər. 

yerlər münsiflər heyəti tərəfindən müəyyənləşdirildi. Yarışı izləyənlər arasında Azərbycan Atletika Federasiyasının nümayəndələri də var idi. Məktəbə qalibiyyətlə qayıdan şagirdlər məktəb rəhbərliyi tərəfindən təbrik edildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi