Bir kərə yüksələn bayraq bir daha enməz!

 8 noyabr tarixində məktəbdə Dövlət bayrağımızın 100 illiyinə həsr olunmuş böyük tədbir keçirildi. Tədbiri 7-ci sinif şagirdləri hazırlamışdılar.

 Tədbir Dövlət himninin səslənməsilə başlandı. Aparıcı tədbir iştirakçılarını salamladıqdan sonra söz verildi şeirə, musiqiyə. Rəngarəng rəqs nömrələri zövq oxşayırdı. Daha sonra şagirdlər bayrağımızın tarixi haqqında hazırladıqları təqdimatları nümayiş etdirdilər. Bayrağımızın ta qədimdən bu günə keçdiyi yollara nəzər salındı. Şagirdlər bayraqla bağlı araşdırmalar zamanı qarşılaşdıqları bilikləri də tədbir iştirakçıları ilə bölüşdülər.

 Tədbir yaddaqalan və maarifləndirici oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi