Fövqəladə hallar uşaqların gözü ilə

  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Təhsil Nazirliyinin birgə razılığına əsasən hər il olduğu kimi 2018/2019-cu tədris ilində də “Fövqəladə hallar uşaqların gözü ilə” adlı müsabiqə keçirilir. Müsabiqə 5 nominasiya: “Rəsm”, “Plakat”, “Əl işi”, “Yanğın və qəza-xilasetmə texnikasının modeli”, “Yumşaq oyuncaq” üzrə nəzərdə tutulub.

   Şagirdlərimiz hər il olduğu kimi bu il də bu müsabiqəyə böyük həvəslə qatıldılar. Məktəbimiz hər il bu müsabiqədə uğurlar qazanır, seçilən əl işləri qiymətləndirilərək, mükafatlandırılır.

   Bu il də şagirdlərin hazırladığı əl işləri müsabiqənin ilkin mərhələsi olaraq, məktəbdə nümayiş olundu. Məktəbin foyesində sərgilənən əl işlərini bütün məktəb kollektivi izlədi.

   Öz orijinallığı ilə fərqlənən yaradıcılıq işləri seçilərək, müsabiqəyə göndərildi. Digər şagirdlərə isə müsabiqəyə qatıldıqları üçün məktəb rəhbərliyi tərəfindən təşəkkür bildirildi.

  4b sinif şagirdi Anar Cəfərlinin kartondan hazırladığı “Ev yanğını” maketi, 9 a sinif şagirdi Şəlalə Cəfərovanın yun saplardan toxuduğu yumşaq oyuncağı, 9a sinif şagirdi Alsu Cəfərovanın  yun saplardan toxuduğu yanğınsöndürən maşını, 8b sinif şagirdi Pərviz Əliyevin sulu boyayla işlədiyi “Meşə yanğını” adlı rəsm işi fərqləndirilərək müsabiqəyə göndərildi. Şagirdlərimizə uğurlar diləyirik.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi