“ 20 Yanvarı unutmayaq! “ adlı ədəbi-bədii kompozisiya keçirildi

“ 20 Yanvar faciəsi”nin ildönümünü hər il olduğu kimi bu il də ədəbi-bədii kompozisiya şəklində qeyd etdik. Tədbiri məktəbimizin texnologiya müəllimi Məmmədova Mehriban və ingilis dili müəllimi Cəbiyeva Şəfiqə rəhbərlik etdikləri 8c və 8ç sinif şagirdləri ilə birgə təşkil etmişdilər. Tədbir Dövlət himnimizin səslənməsi ilə başlandı. Sonra aparıcı sözü şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeir ifalarına verdi. Bir-birindən dəyərli və bir o qədər də kədər yüklü şeirlərdən sonra şagirdlərin ifasında səhnəciklər nümayiş olundu. Xalqımızın azadlıq əzmindən bəhs edən mahnılar ifa edildi. Sonra ürək ağridan, qəlbləri dağlayan və bugünkü müstəqilliyimizin necə qurbanlar bahasına başa gəldiyini əks etdirən video görüntülər nümayiş olundu.Tədbirin sonunda məktəbin direktoru Əliyeva Nazilə xanım çıxış edərək, tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi və şagirdlərimizə bu günün əhəmiyyətini dərk edərək bu faciəni heç bir zaman unutmamağı tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi