Bilik yarışı keçirilib

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-531 nömrəli əmrinin icrası ilə bağlı BŞTİ-nin Tədbirlər Planına və məktəbin Fəaliyyət Planına müvafiq olaraq ayrı-ayrı fənlər üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, oxuyub anlama qabiliyyətlərinin, öz yaş səviyyələrinə uyğun elmi bacarıqlarının üzə çıxarılması məqsədilə fevralın 24-də Bakı şəhəri 312 nömrəli tam orta məktəbdə bilik yarışı təşkil olundu.  Məktəb rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı şəhəri 312, 227, 328 və 201 nömrəli tam orta məktəblərin ibtidai sinif şagirdləri arasında keçirilən yarışda şagirdlərə verilmiş vaxt çərçivəsində cavablandırılması üçün 30 test tapşırığı təqdim olundu.

   Öz istedadı və bilik səviyyəsi ilə fərqlənən şagirdlər təşkilatçı məktəb tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı. Bu təşəbbüskar addımına və əməkdaşlığına görə Bakı şəhəri 312 nömrəli tam orta məktəbin heyətinə öz təşəkkürümüzü bildiririk.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi