“Xocalı soyqırımı qan yaddaşımızdır” adlı xatirə gecəsi

   “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı” na uyğun olaraq məktəbdə silsilə tədbirlər keçirildi. Belə tədbirlərdən biri də “Xocalı soyqırımı qan yaddaşımızdır” adlı xatirə gecəsi oldu. Tədbir Dövlət himninin səslənməsilə başlandı. Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi - bədii kompozisiya dinlənildi. Faciənin qurbanlarının əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirildi. Faktlar, video-görüntülər nümayiş etdirildi.

    Tədbiri məktəbin ingilis dili müəllimi Ayşən Rüstəmova və ibtidai sinif müəllimi Elnurə Hüseynova təşkil etmişdilər. 7 “A” və 2”D” sinif şagirdlərinin iştirakı ilə hazırlanmış tədbir bədbin notlarla bitmədi. Qeyd olundu ki, Xocalı faciəsi haqqındakı acı həqiqətləri dünya bilməli və insanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi