Respublika fənn olimpiadalarının yarımfinal turuna vəsiqə qazandılar

  Fevralın 23-də cari tədris ili üçün Respublika fənn olimpiadasının respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

  Respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi yanvarın 12-də 33784 şagirdin iştirakı ilə keçirilib. Respublika mərhələsinin yarımfinal turunda rayon (şəhər) mərhələsində uğur qazanan şagirdlər iştirak edəcək. İştirak hüququ qazanan şagirdlər sırasında məktəbin şagirdləri də var. 9”A” sinif şagirdi Əlizadə Xəyal və 11”B” sinif şagirdi Əsgərova Fidan Respublika fənn olimpiadasının respublika mərhələsinin yarımfinal turunda tarix fənni üzrə yarışacaqlar.

   Şagirdlər yarımfinala vəsiqə qazanmaq münasibətilə dəvət olundu və təbrik edildilər. Hər iki şagird məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla mükafatlandırıldı. Yarımfinal və sonda final mərhələsindən də uğurla çixmaqları arzulandı. Direktor Sevinc Hüseynova sonda şagirdlərə buraxılış vərəqələrini də təqdim edərək, onları növbəti qalibiyyətlə gözlədiyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi