Nümunəvi şagirdlərlə görüş

   Birinci yarımili əla qiymətlərlə bitirən, nümunəvi davranış sərgiləyən şagirdlərlə məktəbin akt zalında görüş keçirildi. Görüşdə məktəbin direktoru Sevinc Hüseynova çıxış etdi. Çıxışında şagirdləri göstərdikləri yüksək nəticələrə görə təbrik edərək, onlara növbəti illərdə də uğurlar arzuladı. Direktor qeyd etdi ki, onlar öz bilik və bacarıqları, örnək davranışları ilə yoldaşlarına nümunə olmaqla yanaşı, zəif oxuyan yoldaşlarına da kömək etməyi unutmamalıdırlar. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlhamə Mirzəyeva da təbrik nitqindən sonra şagirdlərə öz tövsiyələrini verdi, onları daima əzmkar olmağa səslədi.  

  Daha sonra uğurlu nəticələri, nümunəvi davranışı, məktəbin ictimai işlərində daima aktiv olan, müxtəlif bilik yarışlarında yer qazanan şagirdlərə də söz verildi. Yuxarı sinif şagirdləri çıxışlarında bildirdilər ki, insan mübariz olmalı, bilik və bacarıqlara yiyələnmək, qarşısına qoyduğu məqsədə çatmaq üçün əzmlə çalışmalıdır. Digər şagirdlər də çıxış edərək, məktəbdə onlara yaradılan şəraitə görə məktəb rəhbərliyinə və müəllimlərə təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi