“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilib

  Şagirdlərin fizika elminə olan marağının daha da artıılması, bu sahədə nəzəri-təcrübi biliklərin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çixarılması məqsədilə məktəbdə müsabiqə keçirilib.

  Müsabiqə üç mərhələ üzrə nəzərdə tutulub. Məktəbdaxili mərhələ 17 fevral tarixində keçirilib.

  Müsabiqədə 9, 10, 11-ci sinif şagirdləri iştirak ediblər. Şagirdlər komandalarda birləşərək yarışıblar. Komandalara  test tapşırıqları, məsələ və təcrübə işi verilib. Fizika müəllimlərindən ibarət ekspert qrupu tapşırıqları yoxlayıb və yekun nəticə sonda elan olunub. Ən çox bal toplayaraq qalib elan olunan komanda növbəti mərhələyə keçid haqqı qazanıb.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi