Bilik günü tədbiri keçirildi

Sentyabrın 16 - da məktəbdə Yeni dərs ilinin başlanmasına həsr olunmuş "İlk zəng" tədbiri keçirildi.Tədbir  Dövlət Himninin səsləndirilməsi ilə başladı.Tədbirdə məktəb kollektivi, şagirdlər, valideynlər və  ictimaiyyət nümayəndələri iştirak edirdi. Məktəbin direktoru Q.Səlimov əvvəlki tədris ilində məktəbin uğurlarından bəhs edərək, ildən ilə bu uğurların daha da çoxalması üçün çalışacaqlarını bildirdi Tədbirdə iştirak edən Suraxanı RİH-in Bülbülə qəsəbə nümayəndəsi bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri Bilik günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzula. Şagirdlərin hazırladıqları bədii kompozisiya, müasir və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayiət olundu. Sonda birincilərin hazırladıqları kompozisiya söylənildi və yeni tədris ilinin başlandığını bildirən ilk zəng səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi