31 Mart Soyqırımı ilə bağlı dəyirmi masa

    1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 106 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda,  Zəngəzur qəzasında, Qarabağda, Irəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını sübut edir.

    Belə tarixlər unudulmur qan yaddaşına çevrilir. Belə ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu Fərman tariximizin qanlı səhifələrinin öyrənilməsi və əbədiləşdirilməsi ilə yanaşı, həm də erməni şovinizminin, terrorizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir.

    "31 Mart Sorqırımı"nın ildönümü ilə əlaqədar 226 nöm.tam orta məktəbin kitabxanasında 6 "a" sinfi, tarix müəllimi   Aytən Əliyeva və Könül Cəfərovanın rəhbərliyi ilə dəyirmi masa keçirildi.Dövlət Himnimiz səsləndirildi və soqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.A.Əliyeva şagirdlərə tarixi günlə bağlı geniş məlumat verdi.Mövzu ətrafında müzakirə aparıldı.Şagirdlər "31 Mart"soyqırımı ilə əlaqədar hazırladıqları kiçik məruzələrlə çıxış etdilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi