Bakı Şəhər İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” kitabı təqdim olundu

    Dekabrin 22-də BŞİH tərəfindən Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfrans keçirildi. Konfransda  “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitab təqdim edildi.

    Kitabda Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxış edən və qalib elan edilən şagirdlərin elmi məqalələri toplanmışdı. Qeyd olundu ki, referat yazı müsabiqəsində 300-dən artıq orta məktəbi əhatə etməklə 3 mindən çox şagird iştirak edib. Paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək “Heydər Əliyev və Azərbaycan tarixi” kitabına daxil edilib.   Konfransda referat yazı müsabiqəsində qalib olan məktəbimizin VIII a sinif şagirdi Fatimə Əlizadə, elmi rəhbəri tarix müəllimi Təranə Cəbiyeva da iştirak etdi. İlk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək, Azərbaycan tarixinin şanlı səhifələrinin Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu söylədi.

    Elmi-praktiki konfransda Fatimə Əlizadəyə qalib sertifikatı, müəllif yazısı olduğu “Heydər Əliyev və Azərbaycan tarixi” kitabı təqdim olundu.

    Şagirdimiz Fatimə Əlizadəni və tarix müəllimi Təranə Cəbiyevanı təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi