Present Continuous

    22.12.2023 tarixində məktəbin ingilis dili müəllimi Sevinc Həsənovanın 5ç sinfində açıq dərsi oldu.Dər sin mövzusu Bölmə5. Fun with friends, dərs4. What's the weather like there? idi. Dərsdə məktəb rəhbərliyi, ingilis dili müəllimləri və 5ç sinif rəhbəri iştirak etdi. Şagirdlər dərsdə fəal iştirak etdi. İngilis dili müəllimi ağıllı lövhədən istifadə edərək slaydları şagirdlərə təqdim etdi. Şagirdlər kollektiv və fərdi şəkildə tapşırıqları yerinə yetirdi.

    Şagirdlər yeni mövzu olan qrammatik qayda “Present Continuous”a aid tapşırıqları kollektiv şəkildə lövhədə yerinə yetirdilər. Nəticə olaraq həmin qaydaya aid tapşırığı fərdi şəkildə yerinə yetirdilər. Mövzu dərs zamanı mənimsənildi. Şagirdlərə ev tapşırığı verildi və formativ qiymətləndirildi. Dərsdən sonra açıq dərsdə iştirak edən müəllimlər və məktəb rəhbərliyi dərs haqda fikirlərini bildirdilər və tövsiyələr də verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi