NÜMUNƏVİ DƏRS KEÇİRİLDİ

    Məktəbimizin tarix müəllimi Təranə Cəbiyevanın VII B sinfində “Əhalinin əsas məşğuliyyəti və həyat tərzi” mövzusunda nümunəvi Açıq dərsi keçirildi. Açıq dərsdə təlim-tərbiyə işləri üzrə direktor müavini Rahilə Ağcayeva, tarix müəllimi Könül Talıbova, biologiya müəllimi Fatma Mehdiyeva iştirak etdilər.

    Dərs prosesində şagirdlər Təranə Cəbiyevanın PowerPoint proqramında hazırladığı təqdimatı izlədilər. Dərsdə qruplarla iş təlim formasından, beyin həmləsi, BİBÖ və müzakirə təlim üsullarından,  ümumi tarix, coğrafiya, ədəbiyyat və musiqi fənnlərinin inteqrasiyasından istifadə olundu. Dərsdə motivasiya, problemin qoyuluşu isə krossvord üzərində oldu. Şagirdlər Təranə Cəbiyevanın əhalinin təsərrüfat həyatı ilə bağlı yönəldici sualları cavablandırdılar. Sonra müəllim lövhədə “Ərəb xilafəti dağıldıqdan sonra IX-XI əsrlərdə Azərbaycanın iqtisadi həyatında hansı dəyişiliklər baş verdi? tədqiqat sualını yazdı. Açıq dərsdə “Dərbənd”, “Bərdə”, “Tiflis” və “Təbriz” qruplarına mövzu ilə başlı tapşırıqlar verildi. Şagirdlər verilən vaxtda tapşırıqları təqdim etdilər. Qrup liderlərinin yəni, Y.Rafiqin “Tiflis”, S.Turanın“Bərdə”, H.Əsnadın “Təbriz” və B.Togrulun “Dərbənd”, cavabları dinlənildi, əlavələr edildi. Həmin gün şagirdlər dərsin əvvəlində və sonunda BİBÖ cədvəlinə aid fikirlərini əhatəli cavablandırdılar. Dərs zamanı şagirdlər orta əsr şəhərlərinə olan xəritədən də istifadə etdilər. Məlumatın müzakirəsi mərhələsində şagirdlər kəndlilərin vəziyyətini təhlil edərək, torpaq sahibliyinin formalarına, vergilərə, Salari hökmdarı Mərzban ibn Məhəmmədin “Qanunnaməsi”nə və sənətkarlığın inkişafına aid sualları müzakirə etdilər. Açıq dərsdə müəllimənin hazırladığı orta əsr şəhərlərinin keçmişinə aid fotoşəkillər, sənətkarlıq məlumatları kimi xalçaçılıq, misgərlik, zərgərlik, ipəkçilik, kələğayı  nümunələri də şagirdlərə təqdim olundu.        

    Dərsin yaradıcı tətbiqetmə mərhələsində şagirdlər IX-XI əsrlərdə Azərbaycana gələn səyyahların yazdığı məlumatları diqqətə çatdırdılar. Dərsdə şagirdlər A.Məlikovun “Səpin nəğməsi” mahnısını dinlədilər. Dərsin ümumiləşdirmə və nəticə mərhələsində “IX-XI əsrlərdə əkin zamanı nədən istifadə olunurdu?” sualını M.Nübar (“Təbriz”) qara kotan olduğunu, bu qədim əmək alətinin xalqımıza məxsusluğunu xalq bayatısı ilə,  “Azərbaycan ədəbiyyatında həmin əmək aləti haqqında nə bilirik?”sualını A.Aminə (“Dərbənd”) isə qara kotana aid yeganə şifahi xalq ədəbiyyatı nümunəsi olan qıfılbəndlə söylədi. Həmin gün qeyd edək ki, nümunəvi dərsdə qrupların qiymətləndirilməsi meyarlar üzrə aparıldı. Dərsin sonunda şagirdlər IX-XI əsrlərdə əhalinin əsas məşğuliyyəti və həyat tərzi haqqında topladıqları məlumata əsasən belə qənaətə gəldilər ki, orta əsrlərdən səyyahların diqqətini cəlb edən Azərbaycan ötən yüzilliklərdən zəngin təbii sərvətlərə malik ölkə kimi şöhrət qazanıb, əhali isə əkinçilik və maldarlıqla məşğul olub.

    Dərsin sonunda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rahilə Ağcayeva tarix müəllimi Təranə Cəbiyevanın nümunəvi və yeni təlim texnologiyaları üzərində qurulan nümunəvi Açıq dərsini yüksək dəyərləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi