Şəhid məzunumuzun anadan olduğu gün qeyd olundu

    Həyatda   hər  birimizin qürur duyduğu,müqəddəs sandığı bir neçə anlayış var. Torpağında ayaq açdığımız,çörəyini  yeyib,suyunu içdiyimiz Vətən belə anlayışlardandır.  Müasir  tariximiz   qəhrəmanlıq səhifələri  ilə zəngindir.Tariximizin yaddaşlarda əsrlər  boyu vərəqləyib oxuyacağı,öz  igidləri  ilə  fəxr  edəcəyi,qızıl  hərflərlə  yazılmış belə  səhifələrdən  biri  də “44  günlük Vətən   müharibəsi”dir.

    II Qarabağ  müharibəsində bu  zirvəyə  ucalan,adını heç zaman unudulmayacaq qəhrəmanlar  sırasına  yazan Nazim Nadir oğlu  Kirxlarovdur.

    Nazim  Kirxlarov  dekabrın 20 də Əmircan  qəsəbəsində  dünyaya gəlmişdir. Valideynləri  Nadir  ata və Sultan  ana övladından  danışarkən onun   sakit  təbiətli, heç bir  zaman heç kimin  xətrinə  dəyməyən,lakin eyni  zamanda olduqca cəsur və  vətənpərvər olduğunu söyləyirlər. Nazim 2000-ci  ildə orta  təhsilini  226 nömrəli orta  məktəbdə almağa başlayıb. Məktəbdə oxuduğu  müddətdə Nazim sakit təbiəti, tərbiyəsi,mədəniyyəti  ilə həm  müəllimlərin,həm də sinif yoldaşlarının arasında  böyük  hörmət  qazanmışdır.2009 cu  ildə Nazim təhsilini  Peşə liseyində kompyuter  operatoru ixtisası  üzrə davam etdirmişdir.”2012 ci ildə Peşə  liseyini  bitirdikdən  sonra hərbi  xidmətə yollanır.Hərbi  xidməti  başa  vurduqdan  sonra 2014 cü  ildə Daxili  Qoşunların müddətdən  artıq xidmət  edən hərbi  qulluqçu  heyətinə  qoşulur. Nazim  Vətən  müharibəsinin  ilk  günlərindən ön  sırada  olub.Vətənin  müdafiəsinə  Cəbrayıldan  başlayıb.

    Bu gün 44 günlük Vətən müharibəsində torpaq, xalq  uğrunda  canını  fəda  etmiş şəhid məzunumuz N.Kirxlarovun cənnətdəki 30-cu iİdönümü münasibəti ilə məktəbin UBR Sahilə Həsənova və tarix müəllimi Aytən Əliyeva tədbir təşkil etdilər. Tədbirdə şəhidin hərbiçi yoldaşları, ailəsi və şəhid anaları iştirak edirdilər. Hərbiçi qonaqlarımız şəhidin hərb yolundan tədbir iştirakşılarına məlumatlar verdilər, onunla bağlı xatirələrini danışdılar.

    Sonda məktəb rəhbərliyi və Nazim Kirxlarovun silah yoldaşları şəhidin məzarını ziyarət edərək əklil qoydular. Allah bütün şəhidlərimizə rəhmət etsin! Məqamları uca olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi