Şəhid Mehdi Fərzullazadənin əziz xatirəsinə

 Məktəbin IV a sinfinin Şəhid Mehdi  Fərzullazadənin anım günü  ilə bağlı tədbir keçirildi. Tədbirə Mehdi Fərzullazadənin anası Elvira ana və başqa şəhid anaları qonaq  qismində dəvət olunmuşdu.

 Ilk öncə  Azərbaycan Respublikasının dövlət himni səsləndi. Daha sonra şəhidlərin ruhu 1 dəqiqlik sükutla yad edildi. 

 Məktəbin direktoru Arzu xanım Məmmədova tədbiri açıq elan edib,  gələn qonaqları salamladı.

 Tədbirdə şagirdlər çox fəal iştirak etdilər. Vətənə, şəhidlərə aid şeirlər və mahnılar səsləndirildi. Şagidlər tərəfindən göstərilən  səhnəciklər hamının marağına səbəb oldu.

 Sonda şəhid analarına söz verildi. Onlar da öz təəssüratlarını, övladları ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi