"Doğma dilim, ana dilim" mövzusunda sinif təşkilat saatı keçirilib

 21 fevral tarixində məktəbin ibtidai sinif müəllimi Vüsalə Gözəlovanın təşkilatçılığı və 4”Ç” sinif şagirdlərinin iştirakı ilə “Doğma dilim, ana dilim” adlı sinif təşkilat saatı keçirilib.

 Məqsəd ana dilimizi qorumaq, dilimizin gözəlliklərini, incəliklərini, müqəddəsliyini şagirdlərə çatdırmaq və dilimizi sevdirməkdir.

 Tədbirdə Beynəlxalq Ana Dili Gününün qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışılıb.Qeyd edilib ki, tarixin sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün  dünyanın ən inkişaf etmiş, zəngin dillərindən biridir. Azərbaycan dili ulu babalarımızdan bizə miras qalan milli sərvətimizdir. Bu sərvəti dədə-babalarımız göz bəbəyi kimi qorumuş, klassiklərimiz Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsində əllərindən gələni əsirgəməmiş, tarixi şəxsiyyətlərimiz isə dövlət dili kimi rəsmiləşməsinə, inkişafına qayğı göstəriblər. Ümummilli Lider Heydər Əliyevin  “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.” kəlamı səsləndirilib. Şagirdlər Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini söyləyiblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi