Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

 Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü ilə əlaqədar məktəbin 2”A”, 4”Ç” və 5”A” siniflərində “Xalqımızn Mübariz oğlu” adlı sinif təşkilat saatları keçirilib.

 Məqsəd şagirdlərə qəhrəmanlarımızı tanıtmaq, onları vətənpərvərlik ruhunda yetişdirməkdir.

İbtidai sinif müəllimi Aygün Xanbutayeva Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd edib ki “Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Mübarizdə olan Vətən, torpaq sevgisi,  vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.”

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi