20 Yanvar faciəsi Tariximizin qəhrəmanlıq səhifəsi

Azərbaycanın azadlığı və ərazi bütövliyi uğrunda həlak olmuş saysız hesabsız günahsız vətandaşlarımız 1990-cı il 20 Yanvar faciəsini,həmdə əzmkarlıq nümunəsi kimi dünyaya tanıtdı.Onlar öz ölkəsinin ,xalqının azadlıqı üçün öz canlarından keçmiş və ölkənin necə mərd Vətən oğulları olduqlarını qəhrəmanlığı ilə bir daha sübut etmişlər.Bu qanlı hadisələr illər keçməsinə baxmayaraq xalqımız o gecəni xatırlayır,dərin nifrət hissini bildirir.Hər il olduğu kimi qan yaddaşımızda əbədi yaşayacaq 20 Yanvar faciəsinə aid fikirlərin söylənilməsi və şəhidlərin məzarını ziyarət etmək məqsədilə ,T.Abbasov adına 225 saylı məktəbin aşağı və yuxarı sinif şagirdləri Şəhidlər xiyabanını ziyarət etmiş və onların məzarı üstünə qərənfillər düzmüşlər.Daha sonra onlar H.Əliyevin bizim üçün abadlaşdırdığı gözəl ölkəmizə layiqli vətandaşlar olacaqlarına söz vermişlər.Məktəbizin foyesində şəhidlik mərtəbəsinə  ucalmış məktəbimizin adını daşıyan T.Abbasovun büstünün yanında  20 Yanvar faciəsini xatırladan guşədə düzəldilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi