20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar tədbir keçirildi

17 yanvar tarixində məktəbin foyesində müəllim və şağird heyətinin iştirakı ilə 20 yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqıdar tədbir keçirildi.Tədbir Dövlət Himninin səsləndirilməsi ilı aşıq elan edildi və daha sonra çıxış üçün söz məktəbin direktoru Aydın İsrafilova verildi.O, 30 il bundan öncə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Sovet hərbi hissələrinin Sovetlər Birliyinin rəhbərliyinin "xeyr-duası" ilə Bakıya yeridilməsi və azad və müstəqil dövlətdə yaşamaq arzusu ilə meydanlara çıxmış minlərlə soydaşlarımızı güllə yağışına tutması ilə 147 həmvətənlimizin öldürülməsi ilə nəticələnən bir təcavüzdən geniş danışdı.Daha sonra şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söylədilər və hazırladıqları kompozisiyaları nümayiş etdirdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi