İmadəddin Nəsimi Yaradıcılığı

        Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,filosof şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətlə Azərbaycan Respublikasının Prezidentinin 11 yanvar 2019-cu il qərarı ilə 2019-cu il Nəsimi ili elan edilmişdir.

         Bu münasibətlə 221 saylı orta məktəbin kollektivi bir sıra tədbirlər həyata keçirmişdir.Yuxarı sinif şagirdləri müxtəlif mövzularda tədqiqat işləri hazırlayıb münsiflər qarşısında çıxış etmişdirlər.”Nəsimi poetikasında hürufi müəmmaları “,”Nəsimi poeziyasında dünyəvi və ilahi məhəbbət”,”Nəsiminin ictimai fəlsəfi şeirləri”,”Nəsimi yaradıcılığında humanist,ümumbəşəri ideyalar”və başqa mövzulardakı maraqlı məqalələr daha çox diqqəti cəlb etmişdir.IX sinif şagirdləri Bayramova Zeynəb,Kərimli Vüqar,Məmmədli Lalə,Axundova Mələyin çıxışları ,mövzuya fərqli yanaşma tərzi münsiflərin daha çox xoşuna gəlmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi