1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar tədbir keçirildi

1 iyun Uşaqların Beynəlxalq Müdafiə Günüdür.Bununla əlaqədar olaraq Ölkəmizdə keçirilən tədbirlərə məktəbimiz də qoşulmuşdur.Beləki iyun ayının 1-də məktəbin qabaqcıl müəllimlərindən olan  Arzu Mehrəliyevanın rəhbərliyi ilə 4a sinfinin hazırladığı                                       “1 iyun Uşaqların Müdafiəsi günü” adlı tədbir keçirilmişdir.Tədbirdə məktəbin direktoru,müəllimlər,valideynlər və şagirdlər iştirak etmişdirlər.

Onlara məxsus olan özəl günlə əlaqədar olan tədbiri açıq elan edən körpə fidanların nümayiş etdirdiyi səhnəciklər, şeirlər, mahnılar və rəqslər qonaqlarda xoş əhvali-ruhiyyə yaratmışdır.

Tədbirin sonunda çıxış edən qonaqlar dəvət və xoş anlar üçün məktəbin rəhbərliyinə dərin təşəkkürlərini  bildirmişlər.

Məktəbin direktoru Fikrət Xəlilov  tədbirin təşkilatçısı Arzu Mehrəliyevaya minnətdarlıq edərək təbrik etmiş  və vurğulamışdır ki, körpələr bizim gələcəyimizdir, onların diqqət və qayğı ilə əhatə olunması dövlətimiz tərəfindən daim təmin olunur.

             

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi