“Bahar gülləri” adlı sərgi

Novruz bayramı münasibəti ilə Xətai rayonu 221 nömrəli məktəbdə “Bahar gülləri” adlı əl işlərindən ibarət sərgi təşkil olundu.

Sərgidə məktəbin V, VI və VII sinif şagirdlərinin 40-a yaxın əl işləri nümayiş etdirildi. Məktəbin texnologiya müəllimi Səmayə Haşımovanın rəhbərliyi ilə təşkil olunan sərgidə nümayiş etdirilən əl işlərinin əksəriyyəti baharın timsalı olan gül-çiçəkdir.  

Bir birindən gözəl işlər seyr edənlərin hər birində xoş əhval-ruhiyyə yaratdı.

Sərginin açılışında məktəb direktoru Fikrət Xəlilov çıxış edərək sərginin təşkilinə görə Səmayə Haşımovaya və şagirdlərə dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi