Xocalı harayı

        Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış Xocalı faciəsindən 27 il keçir. Ürəyində vətən sevgisi olan hər bir azərbaycanlı 26 fevral-Xocalı soyqırımı hadisələrində Ermənistan silahlı qüvvələrinin xalqımıza qarşı törətdikləri vəhşilikləri və bu etnik təmizləmə ilə bağlı əsl həqiqətləri bütün dünyaya yaymağa çalışır.

        Bu məqsədlə məktəbimizdə kütləvi tədbirlər həyata keçirilir. 25.02.2019-cu il tarixində məktəbimizdə “Xocalıya gedən yol” başlığı altında dəyirmi masa təşkil olundu. Sonra 10d və 10ç sinif şagirdlərinin iştirakı ilə “Xocalı harayı” adı altında ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olundu. 6b və 7ç siniflərinin hazırladıqları tədbirdə də şagirdlər şəhidlərimizin xatirəsinə həsr edilmiş şeirlər söylədilər.

        8c sinfinin şagirdləri isə vətənpərvərlik hisslərini yazdıqları inşalarda əks etdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi