“Valideynin məktəbdə bir günü” layihəsi

        20 fevral 2019-cu il tarixində Xətai rayonu 221 nömrəli tam orta məktəbdə Bakı şəhəri üzrə Təhsil idarəsinin əmrinə əsasən “Valideynin  məktəbdə  bir  günü” adlı layihəsi həyata keçirildi.

        Layihənin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması idi.

        İlk əvvəl tədbirin rəsmi açılışı oldu. Açılışda məktəbin direktoru Fikrət Xəlilov valideynlərə layihənin məqsədi barədə məlumat verdi. Daha sonra Tərbiyə İşləri üzrə direktor müavini Sevinc Nəsibova tədbirin proqramı ilə valideynləri tanış etdi.

        Valideynlər məktəb kitabxanası, yeməkxanası, sinif otaqları, idman meydançası, laboratoriyalar, məktəb bağçası boyunca gəzərək məktəb mühiti ilə tanış oldular və tədris prosesini izlədilər. Təlimə Dəstək Mərkəzinin əməkdaşı Rövşən Qasımov tədbirdə iştirak etdi.

        Tədbir məktəbin ədəbiyyat müəllimi Lalə Məmmədlinin Beynəlxalq Ana Dili gününə həsr etdiyi bədii hissə ilə yekunlaşdı. Bədii hissənin qonağı Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu maraqlı çıxışı ilə tədbir iştirakçılarında xoş ovqat yaratdı.      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi