Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi

       Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən məktəbimizdə 14 fevral 2019-cu il tarixində “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi” keçirildi. Müsabiqənin məqsədi şagirdlərin kimya fənninə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərin təkmilləşdirilməsi, şagirdlərin praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və istedadlarının üzə çıxarılmasıdır.

              Müsabiqənin I turunda məktəbimizdə IX, X, XI sinif şagirdlərindən ibarət 3 komanda iştirak etdi. Şagirdlər 2(iki) akademik saat ərzində ümumtəhsil və uşaq gənclər inkişaf mərkəzinin proqramına uyğun olaraq 30 sualdan ibarət testi və 2 məsələni yerinə yetirdilər.

              Bu turda qalib gələn komanda II mərhələyə vəsiqə qazandı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi