“Son Zəng” tədbiri keçirildi

Hər bir insanın həyatında bir ömür boyu unuda bilməyəcəyi,həmişə xatırlayacağı anlar olur.Belə anlardan biri də həyatımızın uşaqlıq dövrünə son,gələcəyin dumanlı və cazibədar,bir o qədər də məsuliyyətli etapına giriş olan “Son Zəng”günüdür.Məktəb illərinin unudulmaz xatirələri ilə ,eyni zamanda kədərlə doludur son zəng.Bu gün yalnız məktəb illərinə deyil ,həm də uşaqlığımıza son vida günüdür...

14 iyun respublikamızın bütün orta məktəblərində olduğu kimi bizim məktəbimizdə də “Son Zəng” tədbiri keçirilmişdir.Tədbirdə məzunları təbrik etmək üçün müəllimlər,şagirdlər və valideynlər iştirak etmişdir.Öncə məktəbin direktoru Fikrət Xəlilov on birinci sinif şagirdlərini təbrik edərək onlara gələcək həyat yolunda müvəffəqiyyətlər arzuladı.Tədbirdə iştirak edən Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Ləman Hüseynova da öz ürək sözlərini bildirdi,şagirdlərə səbirsizliklə gözlədikləri müstəqil həyatın çətin maneələrini uğurla  aradan qaldırmağı arzuladı.

Daha sonra təbrik üçün söz müəllimlərə,valideynlərə və aşağı sinif şagirdlərinə verildi.Nəğmələri,şeirləri və rəqsləri ilə tədbirə rəng qatan ibtidai sinif şagirdlərinin çıxışları da alqışlarla qarşılandı.Tədbir on birinci sinif şagirdlərinin birlikdə ifa etdiyi “Həyat bayram olsa” mahnısının şən nidaları ilə tamamlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi