Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirildi

Məktəbdə şagirdlərə hərbi vətənpətvərlik tərbiyəsinin aşılanması məqsədi ilə aprel döyüşlərinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Fikrət Xəlilov  2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda göstərdikləri igidliklər və qəhrəmanlıqlar barədə məlumat verildi.Tədbirdə məktəbin şagirdlərinin söylədikləri vətənpərvəlik ruhlu şeirləri müəllim və şagird kollektivi tərəfindən rəğbətlə qarşılandı. Aprel döyüşləri zamanı Milli ordumuzun şəhid olan əsgər və zabitlərinin hər birinin fotoşəkilləri nümayiş etdirildi və onların əziz xatirəsi hörmətlə yad edildi.

Tədbirin sonunda Aprel döyüşlərinə aid video görüntülər nümayiş etdirildi,həmin dövrdə ölkə prezidenti cənab İlham Əliyevin aprel döyüşlərini və Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsinin qələbəyə aparan yolun başlanğıcı olduğu fikri bir daha vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi