" 20 Yanvar Faciəsi " - tariximizin qan yaddaşı

         20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı təsdiq edilmiş  tədbirlər planına uyğun olaraq , məktəbin şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olundu. Ziyarət zamanı məktəbin 9a sinfinin sinif rəhbəri Şahnaz Əhmədova 20 Yanvar faciəsi barədə geniş məlumat verib , bu qanlı hadisənin başvermə səbəblərindən və acı nəticələrindən danışdı. 

     9a sinif şagirdləri xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarı üzərinə tər qərənfillər düzdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi