VALİDEYNLƏRLƏ GÖRÜŞ

2019-cu il aprel ayı tarixində məktəb rəhbərliyi IX sinif şagirdlərinin valideynləri ilə peşəyönümü mövzusunda görüş təşkil etmişdir. Tədbirdə məktəbin direktoru Əbülfət Bağırov, TTİÜDM Sevil Məmmədova və psixoloq Gülnarə Cəbrayılova çıxış etmişdilər. Valideynlərə peşə və orta ixtisas məktəblərinə qəbul yolları izah olunmuş, dəyərli məsləhətlər verilmişdir.
Eyni zamanda psixoloq Gülnarə Cəbrayılova tərəfindən keçirilən “Optantin anketi” sorğusunun nəticələri də valideynlərlə geniş müzakirə olunmuş, övladların azru etdiyi ixtisaslar barəsində məlumatlar verilmişdir.