Bayraq gününə həsr olunmuş tədbir keçirildi

9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirildi.

Belə ki, məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan tədbir təşkil edildi. Eləcə də dövlət atributlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm yarışı  keçirildi.        

“Bayrağımız  qürur  mənbəyimizdir!” mövzusunda təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbirdə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verildi. Bildirildi ki, ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir.

Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə etdi.

Tədbirdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söylədi, mahnılar ifa etdi və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdi. Həmçinin rəsm müsabiqəsinin qalibi olan şagirdlər direktor və fənn müəllimi tərəfindən Tərifnamə və hədiyyələrlə mükafatlandırıldı. Tədbir direktorun çıxışı ilə sonlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi