NARKOMANİYAYA YOX DEYƏK

Bakı şəhəri BPİ–nin və Xəzər rayon RPİ-nin birgə təşəbbüsü ilə 25.10.2018-ci il tarixində məktəbin şagirdləri üçün geniş maarifləndirici profilaktik tədbir keçirilmişdir. Tədbirdə 150 nəfər müəllim və şagird kollektivin qarşısında “Narkomaniya sosial bəladır”, erkən nigah , dərsə davamiyyət , sosial şəbəkələrdə yayımlanan təhlükəli oyunlar və saytlara, eləcədə dini radikalizm qarşı izahedici çıxışlar və diskusiyalar aparılmışdır.
Tədbirdə Bakı şəhəri BPİ-nin YYÇPİTB-nin bölmənin rəisi polis polkovnik-leytenantı Məryəm xanım Ömərova, Bakı şəhəri BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polkovnik-leytenantı Vüqar Nəcəfov, Xəzər rayon RPİ-nin YYÇPİTB-nin rəisi polis mayoru Samir Ağayev və həmin bölmənin əməkdaşları polis leytenantları Xəyalə Həsənova, Aysel Abdullazadə çıxışlar edərək göstərilən mövzuda şagirdlərə tərbiyəvi tövsiyələr və lazımı məlumatlar çatdırılmışdır. Tədbirin sonunda narkomaniyanın bəşəriyyətə və insanlara vurduğu ziyan barəsində qısa metrajlı film göstərilmişdir.