21 sentyabr-Beynəlxalq Sülh Günüdür

21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgilər nümayiş olunub, divar qəzetləri, bülletenlər, stendlər və güşələr hazırlanıb.

Bu günün qeyd olunmasında əsas məqsəd şagirdlərin insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltməkdən ibarətdir.

Tədbirdə ölkəmizdə ənənəvi olaraq 21 avqust–21 sentyabr tarixlərində keçirilən “Sülh aylığı” çərçivəsində görülən işlərdən danışılıb, Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib.

“Göyərçinim-sülh quşum”  mövzusunda keçirilən tədbirdə çıxış edən müəllim və şagirdlər sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevərliyi ilə fərqlənən Azərbaycan xalqının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi